"Potensialını Kəşf Et" Təlimi


TƏLİM HAQQINDA
Sona Əliyevadan şəxsi inkişaf və özünü yenidən proqramlama təlimi. Zəngin və uğurlu insanların uğurlarının sirlərini bu təlimdə öyrənəcəksiniz. Şüuraltınızı uğura və zənginliyə proqramlamağın ən effektiv yollarını öyrənəcəksiniz.
Təlim 3 illik bir baza nəticəsində - uğur, uğursuzluq, motivasiya, psixologiya, şüur, şüuraltı, insan beyni, NLP və başqa mövzularda 100-lərlə müxtəlif videodərs və kursun, 100-lərlə kitabın öyrənilməsi, dünyada ən uğurlu insanların niyə uğurlu olduğunun araşdırılması hesabına hazırlanıb. Təlimin əsasını müxtəlif kouçluq texnikaları və uğurlu insanların uğur prinsipləri təşkil edir.
Siz təlimə qoşularaq uğurun sirrini özünüzdə kəşf edəcəksiniz. Burdakı uğur sxemləri və texnikalarının hər biri işləkdir və sizin özünüzü uğura, zənginliyə və xoşbəxtliyə proqramlamanızı təmin edəcək. Uğur və zənginlik şans işi deyil, sadəcə ona hazır olan insanlar bunları əldə edir.
Təlim haqqında bilməli olduqlarınız
Online təlim prosesi
- Hər bir dərs 60 dəqiqə davam edir
- Dərslər Zoom proqramında keçirilir
- Həftə ərzində 2 modul-dərs keçirilir
- Təlimə qoşulmaq üçün sizə 3 paket təklif olunur: Silver, Gold və Diamond
- Siz özünüzə hansı dərəcədə fayda götürmək istədiyinizdən aslı olaraq bu paketlərdən birini seçə bilirsiniz
Onlarla fərqli xüsusi texnika və tapşırıqlar
- Təlimin daxilinə 10-larla xüsusi texnikalar və hər dərs üçün xüsusi tapşırıqlar daxildir
- Təlimdə hər modul-dərsin sonunda sizə xüsusi tapşırıq verilir. Bu tapşırıqların hər birini sizə ətraflı izah edirəm
- Tapşırıqları etdikdən sonra şəxsidə mail vasitəsilə mənə göndərirsiniz və yoxladıqdan sonra sizə tapşırıqla bağlı xüsusi feedback göndərirəm
- Tapşırıqlarda biz sizinlə birgə şüuraltınızda sizin uğurunuza mane olan əsas proqramları aydınlaşdırırıq və məqsədinizə uyğun uğurunuz üçün sizə lazımlı yeni şüuraltı proqram yazırıq
- Siz tapşırıqla və texnikaların köməyi ilə şüuraltınızı yenidən proqramlayırsınız
Təlimdən alacağınız əsas nəticə
- Təlimdən alacağınız ən böyük nəticə öz düşüncələrinizi dəyişmək, uğurlu və zəngin insanların düşüncə tərzinə sahib olmağınızdır
- Əsas məqsədinizi tapacaqsınız və ona necə çata biləcəyinizin yollarını öyrənəcəksiniz
- Şüuraltınızı uğura və zənginliyə proqramlayacaqsınız
- Öz düşüncə və duyğularınız üzərində nəzarəti öyrənəcəksiniz
- Pulla bağlı olan neqativ inanclarınızdan qurtulacaqsınız
- Artıq ətrafınızdan gələn neqativlər sizə təsir etməyəcək
- Öz daxili potensialınızın fərqinə varacaqsınız
Təlimə kimlər qatıla bilər?
- Həyatını dəyişmək istəyən və hardan başlayacağını bilməyən insanlar
- Özünü daha da inkişaf etdirmək istəyən uğurlu insanlar
- Böyük xəyalları olan və necə çatacağını bilməyən insanlar
- Biznes sahibləri və ekspertlər
- Öz üzərində işləmək istəyən evdar xanımlar
Paketler
Təlim paketləri həm şəxsi inkişafa yeni başlayanlar, həm də artıq müəyyən məqsədi olan və buna görə təlimə qatılanlar nəzərə alınaraq qurulub. Təlimdən almaq istədiyiniz nəticəyə uyğun olaraq özünüzə uyğun təlim paketi seçə bilərsiniz.
SILVER
-
İlk 5 MODUL (dərs)
-
Şəxsidə suallara cavab
-
Kursa 3 ay giriş
-
Dərslərə təkrar baxmaq imkanı
-
Təlim üçün xüsusi kitabça
149 AZN
GOLD
-
İlk 8 MODUL (dərs)
-
Şəxsidə suallara cavab
-
Kursa 4 ay giriş
-
Dərslərə təkrar baxmaq imkanı
-
Təlim üçün xüsusi kitabça
-
Xüsusi texnikalar
249 AZN
DIAMOND
-
Bütün 10 MODUL (dərs)
-
Şəxsidə suallara cavab
-
Kursa 5 ay giriş
-
Dərslərə təkrar baxmaq imkanı
-
Xüsusi texnikalar
-
Təlim üçün xüsusi kitabça
-
Bonus 2 Mastermaynd (hər biri 90 dəq olan 2 BONUS dərs)
-
Sona Əliyevadan 1 saat fərdi seans
389 AZN
DƏRS
MÖVZULARI
1.DƏRS - Uğurun ilk addımı
- Uğurlu insanları uğursuzlardan fərqləndirən əsas xüsusiyyətlər;
- Uğurun əlifbasını öyrənərək hər gününüzü daha effektiv keçirəcəksiniz;
- Düşüncə tərzinizin həyatınıza nə qədər təsir etdiyini öyrənəcək və onu öz xeyirinizə işlətməyə başlayacaqsınız;
- Ruh yüksəkliyi və hər gün onu qorumağın sirri;
2.DƏRS - İçinizdəki Xəzinə
- Şüuraltınızın inanılmaz gücünü kəşf edəcək və onu öz xeyirinizə istifadə etməyi öyrənəcəksiniz;
- Şüuraltının kodlanmasının effektiv sxemlərini birlikdə quracayıq;
- Şüur və Şüuraltı arasında əlaqəni bilməklə həyatınızı dəyişdirəcək əsas silahı əldə etmiş olacaqsınız;
- Fərqindəlik və onun uğurunuzda rolunu öyrənəcəksiniz. Bundan sonra ətrafınızda baş verənlər sizə təsir etməyəcək
3.DƏRS - Özünü proqramlamanın əsasları
- Doğru bildiyiniz yanlışları öyrənəndə çox təəccüblənəcəksiniz;
- Özünəinamın uğurunuzda nə qədər önəmli olduğunu öyrənəcək və özünəinamlı şəxsiyyətə çevrilmək üçün hərgün istifadə edəcəyiniz effektiv " Özünəinam formulu" əldə edəcəksiniz;
- Niyə qarşınıza qoyduğunuz məqsədlərə çata bilmədiyinizi anlayacaqsınız;
- Paradiqma nədir? Onun gücü və paradiqmanı dəyişmənin sxemləri;
4.DƏRS - Gözəgörünməyəni gözəgörünənə çevirən güc
- Necə düzgün məqsəd qoymalı? Bu üsulu hələ heç zaman eşitməmisiniz;
- Ağlınızın mühərriki nədir və o, sizə xəyallarınıza çatmaqda necə kömək edəcək?
- Sizə istənilən məqsədə çatmaq üçün lazım olan "Sim-Sim Açıl" parolunu verəcəm;
5.DƏRS - Xəzinələr mağarasının açarı
- Şüuraltına təsir etmənin ən effektiv üsulu;
- Uğurlu insanların istifadə etdiyi əsas 2 sirli vasitə;
- Daxilinizdəki sonsuz potensialı açmağı və ondan məqsədlərinizə çatmaq üçün istifadə etməyi öyrənəcəksiniz;
6.DƏRS - Uğur obrazı
- Şəxsi obrazınızın həyatda uğurunuza necə təsir etdiyini və yeni "Şəxsi Uğur Obrazı" yaratmağı öyrənəcəksiniz;
- Münasibətinizi dəyişərək hərşeyi dəyişə biləcəyinizi anlayacaqsınız;
- "Cazibədar Şəxsiyyət" uğur qazanmaqda hansı rolu oynayır? Necə "Cazibədar Şəxsiyyət" olmaq olar?
7.DƏRS - Uğurlu şəxsiyyət olmanın sirri
- Uğurlu Şəxsiyyətin sahib olduğu əsas 13 xüsusiyyət hansılardır?
- Özünüzdə disiplini necə yarada bilərsiniz? Maraqlı və asan üsulları
8.DƏRS - Uğurun gizli düşmənləri
- İçinizdəki narahatlıqdan qurtulmanın unikal formulu;
- Stresin əslində nə olduğunu öyrənəndə çox təəccüblənəcəksiniz;
- Stressiz həyatın mümkünlüyünü anlayacaqsınız;
- Konsentrasiya azlığının uğura çatmağınıza böyük təsirini başa düşəcək və necə yalnız məqsədinizə fokuslanmağı öyrənəcəksiniz;
- Sizə əngəl yaradan sərhədlərinizi aşmağın effektiv sxemi;
9.DƏRS - Sizin zənginliyə olan haqqınız
- Pul nədir?
- Pula olan neqativ inanclarınızı biləcək və qısa zamanda onları dəyişməyi öyrənəcəksiniz;
- Əsl zənginliyin nə olduğunu başa düşəcəksiniz;
- Pul ilə bağlı xüsusi texnikalar;
10.DƏRS - Mükəmməl stansiya - Beyin
- Beyninizin necə işlədiyini öyrənəcək, onu öz xeyirinizə istifadə edə biləcəksiniz;
- Vərdişlərinizin beyninizin proqramı olduğunu anlayıb, həyatınızın formalaşmasında onların gücünü başa düşəcəksiniz;
- Zərərli vərdişlərinizi uğur vərdişlərinə çevirmənin unikal texnikalarını öyrənəcəksiniz;
BONUS DƏRSLƏR
- Law of Attraction - Çəkim yasası nədir və necə işləyir?
- Frekanslar - məqsədinizlə eyni frekansda qalmağın yolu;
- Law of Vibration - Titrəşim Yasası;
- Meditasiya nədir? Düzgün şəkildə necə meditasiya etməyi öyrənəcəksiniz;
- Qorxular - uğurun əsas düşməni. Qorxunun növləri və sizdə hansı qorxuların olduğunu kəşf edəcəksiniz. Qorxusuz həyat yaşamağın sirrini öyrənəcəksinz;
- Emosiyalar - Bədənimizin dili. Emosiya və hisləriniz üzərində nəzarətin ən effektiv üsullarını öyrənəcəksiniz;
- Enerji nədir? Necə enerjili ola bilərsiniz?
Niyə "Potensialını Kəşf Et" təlimi?
Təkbaşına 3 il ərzində müxtəlif kurslardan və təlimlərdən öyrənəcəyiniz məlumatları öyrənəcəksiniz.
Təlimin daxilinə xüsusi texnikalar və tapşırıqlar daxildir.
Təlim prosesi zamanı yeni uğurlu siz yaradacayıq.
Təlim necə keçirilir?
İstənilən zaman istənilən yerdən dərslərə baxa biləcəksiniz. Hər bir dərsin təkrarı olur.
Dərslər online keçirilir və suallarınız şəxsidə cavablandırılır.
Tapşırıqları effektiv etməyiniz üçün sizə daim kömək göstərilir.
Nəticəni nə zaman əldə edəcəm? Qarantiya varmı?
Təlimdə sizə nə edəcəyiniz yox, necə edəcəyiniz öyrədilir. Bütün tapşırıqlarınızda kömək olunur. Məsuliyyətli şəkildə bütün dərsləri öyrənən, tətbiq edən və tapşırıqları edən hərkəs nəticəni alacaq. Əsas nəticəniz düçüncə tərzinizi kasıbdan zənginə dəyişməyiniz olacaq. Siz istənilən məqsədinizə necə çatacağınızı öyrənəcəksiniz. Kimdənsə qarantiya istəmək demək məsuliyyəti öz üzərindən atmaq deməkdir. Məsuliyyəti öz üzərinə götürən hərkəs nəticəni əldə edəcək.